15 dekabr 2011 16:44
“Qış fasiləsinə kimi daha çox xal toplamaq istəyirik”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 17-ci turunun "Turan"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“Bura üç xal qazanmaq üçün gəlmişdik. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bundan sonra daha çətin oyunlarımız var. Növbəti turlara hazırlaşacağıq. Qış fasiləsinə kimi daha çox xal toplamaq istəyirik ki, fasilədə nə edəcəyimizə qərar verək. Yeni futbolçu lazım olub-olmamasını da məhz həmin vaxt müəyyənləşdirəcəyik. Aleksandr Çertaqanov zədəli olduğundan bu gün meydana çıxmamışdı”.
