15 dekabr 2011 16:47
Əsgər Abdullayev: Bir ildə ikinci dəfə yeni heyət qururuq
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 17-ci turunun "Qəbələ" ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Bir ildə ikinci dəfə yeni heyət qururuq. Komandanı 12 futbolçu tərk etmişdi. Bu da bəzi çətinliklər yaradır. Qapımıza vurulan qol haqqında isə onu deyə bilərəm ki, biz belə qollar buraxmamalıyıq”.
