15 dekabr 2011 17:01
DÇ-də Barcelona – Santos finalı
Yaponiyada təşkil olunan klublararası dünya çempionatının finalçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin həlledici oyununda Braziliyanın "Santos" və İspaniyanın "Barcelona" klubları üz-üzə gələcəklər.
Qətərin "Al Sadd" klubu ilə qarşılaşan Kataloniya təmsilçisi rəqibini 4 cavabsız qolla keçib. “Santos” isə Yaponiyanın “Kashiwa Reysol” klubunu məğlub etməyi bacarıb – 3:1.
Beləliklə, dünya çempionatının finalında "Barcelona" - "Santos" dueli baş tutacaq. Bundan əvvəl isə "Al Sadd" ilə “Kashiwa Reysol” üçüncü yer uğrunda oyun keçirəcəklər. Hər iki görüş dekabrın 18-də baş tutacaq.
