15 dekabr 2011 17:17
Azərbaycanlı hakim ilin ən yaxşısı seçilə bilər
Dubayda qitələrarası futzal turniri keçirilib. Azerisport.az xəbər verir ki, turnirin qalibi adını ən titullu Braziliya üzərində qələbə qazanan Rusiya yığması olub – 5:4.
Azərbaycanlı hakim Əfqan Həmzəyev bu turnirdə 3 görüş idarə edib. O, daha iki qarşılaşmada da hakim-inspektor olub. Təşkilat Komitəsi Həmzəyevin işini yüksək qiymətləndirib. Nəticədə onun adı “ilin ən yaxşı hakimi”nə namizədlər sırasına düşüb.
Qeyd edək ki, mövsümün qəhrəmanlarının mükafatlandırllması mərasimi gələn ilin yanvar ayında İspaniyada keçiriləcək.
