15 dekabr 2011 17:55

Verpakovski: Yaxşı oyunu zədəlilərimiz sıraya dönəndə düşünəcəyik

“Bakı”nın hücumçusu Maris Verpakovski Premyer Liqanın 17-ci turunun “Sumqayıt Şəhər”lə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Sumqayıt Şəhər” üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiz?
- Bizim üçün bu oyunda əsas vəzifə qələbə və 3 xal qazanmaq idi. Hansı ki, buna da nail olduq. Xüsusilə də 1 xal yığa bildiyimiz bundan əvvəlki iki oyundan sonra buna ehtiyacımız çox idi. Artıq psixoloji cəhətdən də vəziyyəti bir qədər yaxşılaşdırmış olduq. Həm də turnir cədvəlindəki durumumuz yaxşılaşdı.
 
- Komandanızın oyunundan razı qaldınız?
- Düzdü biz o qədər də parlaq oyun sərgiləyə bilmədik. Amma bunun da öz səbəbləri var. Komandada çoxlu zədəlilər var. Digər tərəfdən son oyunlardakı uğursuzluqlara görə komanda heç də yaxşı vəziyyətdə deyildi. Yenə təkrar edirəm ki, biz bu oyuna nəyin bahasına olursa-olsun, qələbə qazanmaq üçün çıxmışdıq. Yaxşı oyunu isə zədəlilərimiz hamısı sıraya dönəndə düşünərik.
 
- Siz özünüz də iki oyunluq fasilədən sonra sıraya döndünüz və dərhal da qol vurdunuz...
- Belə vacib qarşılaşmada qol vura bildiyimə görə çox şadam. Komandama kömək etmək xoşdu. Amma hələ üzərində işləməli olduğum çox şey var. Çünki oyun planında hələ tam hazır deyiləm. “Xəzər Lənkəran”la da oyunumuz qalır. Bir həftəyə yaxın vaxtımız var ki, bu oyuna da yaxşı hazırlaşaq.
 
- Sizcə, bu bir həftə “Xəzər Lənkəran”la oyunda uğur qazanmaq üçün kifayət edəcək?
- Ümid edirəm ki, köməyi dəyər. Çempionatın əsas iddialılarından birinə qarşı oynayacağıq. Amma istənilən halda Lənkərana üç xal üçün gedəcəyik.
 
- Bu mövsüm ilk dəfə “Bakı” üç forvardla çıxış edirdi. Siz, Jaba və Parks. Bu, “Bakı”nın yeni taktikasıdı?
- Bunu baş məşqçidən soruşmaq lazımdı. Fikrimcə, zədəlilərə görə yaranmış zərurət idi. Amma heç də pis alınmadı. Baxmayaraq ki, çoxlu qol vəziyyətlərini boşa verdik. Əsas odu ki, bir-birimizi yaxşı başa düşürdük.
 
- Sizcə, qarşıdakı oyunlarda da belə oynamağa dəyər?
- Mən baş məşqçi deyiləm və bu sualınıza cavab verə bilmərəm. Onun özündən soruşun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.