15 dekabr 2011 19:38

Xəzər Lənkəranın veteranları da ayağa qalxdı

Son vaxtlar “Xəzər Lənkəran” klubu ətrafında yaradılan hadisələr veteranların da narazılığına səbəb olub. Azerisport.az xəbər verir ki, bu səbəbdən lənkəranlı futbol veteranları sevimli komandalarına qarşı edilən haqsız təzyiqlərə öz münasibətlərini bildiriblər.
 
Veteranların yaydığı bəyanatda bildirilir ki, “ağ-yaşıllar”a qarşı kampaniya aparılır: “Biz Lənkəran futbolunun veteranları olaraq, “Xəzər Lənkəran” klubu ətrafında yaşananlardan kənarda qala bilmərik. İllər boyu futbol ənənələri olan bu şəhərdə bu idman növünü öz dövrümüzdə yaşatmış insanlar kimi, bu gün doğma klub haqqında hər hansı mənfi söhbətlərin dolaşmasına etiraz bildirməyi özümüzə borc bilirik.
 
Hamımız şahidik ki, “Xəzər Lənkəran” klubunun əleyhinə hərtərəfli kampaniya aparılır. Bu kampaniyanın arxasında duran şəxslərin məqsədləri klubun daxilində nifaq salaraq, “Xəzər Lənkəran”ı büdrətməkdən ibarətdir”.
 
Qeyd olunur ki, bəzi insanlar əvvəlcə komanda daxilində çaxnaşma yaratmaq istəyiblər: “Onlar çempionatın gedişatında böyük fərqlə rəqiblərini qabaqlayan “Xəzər Lənkəran”a qeyri-idman yolları ilə təzyiq vasitələrinə əl atdılar. Sonradan təxribat xarakterli işlər azarkeşlərin daxilində aparılmağa başladı. Komandanı dəstəkləyən insanları bir-birinə qarşı qoymaqla, həmin şəxslər ən böyük azarkeş kütləsi olan kluba daha bir zərbə vurmaq niyyətini nümayiş etdirdilər.
 
İndi də bu planın növbəti hissəsi həyata keçirilmək üzrədir, hədəf isə klub rəhbərliyidir. Müxtəlif bəhanələrlə “Xəzər Lənkəran” rəhbərliyi, klubun idarəçiliyi ilə məşğul olan şəxslər tənqid olunur ki, bu da klubu zəiflətmək üçün atılan daha bir addımdır.
 
Biz futbol veteranları klub rəhbərliyinə qarşı yönələn bu addımları qəti pisləyirik və öz növbəmizdə bəyan edirik ki, “Xəzər Lənkəran” futbol klubunun həyata keçirdiyi siyasəti, klub rəhbərliyi tərəfindən qəbul edilən qərarları tam olaraq dəstəkləyirik. Lənkəran futbolunun rifahı üçün çalışan insanların əməllərinə kölgə salınmasını biz heç cür qəbul edə bilmərik və bu cür əməllərin qarşısını almaq üçün hər zaman əlimizdən gələni edəcəyik”.
 
Bəyanatın sonunda bildirilir ki, son dövrlərdə Lənkəranda guya hansısa ziyalıların klub rəhbərliyinin qərarlarının əleyhinə təşəbbüslə çıxış etməsi haqqında söhbətlər yayılıb: “Lənkəran futbolunun veteranları kimi, Lənkəran futboluna uzun illər əziyyətimizlə töhfə verən insanlar kimi, bəyan edirik ki, heç kimin Lənkəran futbolsevərləri adından bu kimi təşəbbüsləri irəli sürməyə ixtiyarı yoxdur. Lənkəran futbolunun rifahını düşünərək bir daha “Xəzər Lənkəran” Futbol Klubunun rəhbərliyinin siyasətini dəstəklədiyimizi bəyan edirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.