15 dekabr 2011 11:25

Premyer Liqa, 17-ci tur: Asim Xudiyevin proqnozu

Azərbaycanın veteran futbolçusu Asim Xudiyev azerisport.az saytı üçün Premyer Liqanın 17-ci turunun oyunlarına proqnozlarını açıqlayıb.
 
Bakı – Sumqayıt Şəhər
“Bakı” son turlar heç də yaxşı oyun sərgiləmir. Xeyli xal itiriblər. Fikrimcə, artıq qələbə qazanmaq vaxtı gəlib çatıb. Çünki Aleksandr Starkovun komandası çempionatın debütantı ilə üz-üzə gələcək. “Sumqayıt Şəhər” son turda “Kəpəz” üzərində 4:1 hesabıyla qalib gələrək hamını təəccübləndirsə də, çempionatın əsas favoritlərindən birinə nəsə edəcəyi inandırıcı görünmür. “Bakı” qələbə qazanacaq.
 
Turan – Qəbələ
Hər iki komanda son dövrlər yaxşı günlərini yaşamır. Nəzərə alsaq ki, görüş neytral meydanda keçirilir, qonaqların işi bir qədər də yüngülləşib. Qəbələlilər düz meydanda oynamağa alışıblar. Fikrimcə, heç-heçə olacaq.
 
AZAL – Simurq
AZAL-ın uğurlu çıxışı üçün son turdakı “Neftçi”yə məğlubiyyəti (1:7) unutmaq və toparlanmaq lazımdı. Amma nəzərə alsaq ki, “Simurq” son dövrlər çox inamlı təsir bağışlayır, “təyyarəçilər”in işi asan olmayacaq. Bu görüşdə də heç-heçə qeydə alınacağını düşünürəm.
 
Qarabağ – Rəvan
“Rəvan” məzmunlu oyun sərgiləyən komandadı. Amma bu, onlara heç də həmişə uğur qazandırmır. Nəzərə alsaq ki, “Qarabağ” Quzanlıda, doğma azarkeşlərinin gözü qarşısında oynayacaq, meydan sahiblərinin şansları daha çoxdu. Ağdam klubu qələbə qazanacaq.
 
Kəpəz – Xəzər Lənkəran
Meydan sahibləri heç də yaxşı günlərini yaşamır. Gəncəlilər təkcə pis oyun sərgiləmir, həm də nəticə qazana bilmirlər. Baş məşqçi fiziki hazırlıqdan gileylənir. “Xəzər Lənkəran”da isə kifayət qədər təcrübəli futbolçular var ki, bu oyunun gedişini dəyişə bilər. Lənkəranlılar qələbə qazanmalıdı.
 
İnter – Neftçi
İki liderin oyunu həmişə maraqlı olur. “Neftçi” son turlarda çox güclü təsir bağışlayır. Hücum futboluna üstünlük verir. Meydan sahibləri isə 13 turdu məğlubiyyət nə olduğunu bilmirlər. Bu görüşün taleyini bir top da həll edə bilər. Böyük ehtimalla heç-heçə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.