16 dekabr 2011 00:02
Minimumla əldə olunan maksimum
Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, həftəiçi start götürən turun ilk oyun günündə iki görüş baş tutdu.
Liderlər qrupuna daha da yaxınlaşmağı hədəfləyən “Bakı” ötən tur zirzəmidən çıxmağı bacaran “Sumqayıt Şəhər”i qəbul edirdi. “Zolaqlılar” son oyunlarda qələbəyə həsrət qalmışdılar. Aleksandr Starkovun komandası bu uğursuzluğa autsayderlə görüşdə son qoymalıydı. Düzdü, sumqayıtlılar son turda “Kəpəz”i yenməklə sonuncu pillədən yaxa qurtarmışdı. Bu dəfə də Bernard Raabın yetirmələri ən azı 1 xal qazanmağı hədəfləmişdilər.
Amma bu, heç də asan olmayacaqdı. Çünki tərəflər arasındakı səviyyə fərqi yüksək idi. Üstəlik qarşılaşmanın doğma meydanda keçirilməsi də bakılılara əlavə üstünlük qazandırırdı. Əslində “Sumqayıt Şəhər” ilk dövrədə olduğu kimi, bu dəfə də iddialı rəqibinə dişini göstərməyi bacardı. Amma hər şeyə rəğmən, görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitdi. Özü də maraqlıdı ki, ilk dövrədə olduğu kimi, bu dəfə də matçdakı yeganə qolun müəllifi məhz Maris Verpakovski oldu. Nəticədə “Xəzər Lənkəran”la xallarını bərabərləşdirən paytaxt klubu hətta üçüncü pilləyə yüksəlməyi də bacardı.
Günün digər oyununda isə “Turan” “Qəbələ” ilə qarşılaşırdı. Son uğursuzluqlar səbəbindən artıq turnir cədvəlinin sonuncu pilləsinə düşən Tovuz təmsilçisinin işinin bu oyunda da asan olmayacağı bəlli idi. Baxmayaraq ki, Əsgər Abdullayevin komandası bu tur qazanacağı qələbə ilə zirzəmidən çıxa bilərdi. Təbii ki, günün digər oyununda “Sumqayıt Şəhər”in xal itirməsi şərtilə.
Lakin bu heç də asan olmayacaqdı. Əvvəla son olaylar səbəbindən bu komanda “Qəbələ”ni heç də Tovuzda yox, Şəmkirdə qəbul edirdi. İkincisi, Fatih Kavlakın komandası autsayderi yenməklə ilk altılıqdakı yerini möhkəmləndirməkdə maraqlıydı. Hər halda əsas və aparıcı oyunçularını itirən “Turan”ın güclü rəqibinə problem yaratması inandırıcı görünmürdü.
Gözlənildiyi kimi də oldu. Düzdü, nominal meydan sahibləri rəqibini büdrətmək və xal qazanmaq üçün əllərindən gələni etdilər. Amma “Qəbələ” də növbəti qələbəsini rəsmiləşdirmək üçün çox çalışdı. Nəticədə qəbələlilər 3 xalı təmin edən minimal hesablı qələbəni qazanmağı bacardılar. Qarşılaşmanın son dəqiqələrində azlıqda qalmasına baxmayaraq, Kavlakın yetirmələri istəyinə çatdı. “Turan” zirzəmidəki mövqeyində qalsa da, “Qəbələ” növbəti 3 xal sayəsində hətta “Qarabağ”ı da qabaqlamağa nail oldu.
Premyer Liqa
17-ci tur
Turan - Qəbələ - 0:1 (0:0)
Qol: Dodo, 67.
Vərəqələr: Namiq Əliyev, 59 (qeyri-idman hərəkəti), Ramal Hüseynov, 84 (qeyri-idman hərəkəti) - Bruno da Silva, 12 (düşünmədən rəqibə ayaqla zərbə), Serje Cehua, 22 (fitdən sonra topa zərbə), Pavel Doroşev, 90 (bilərəkdən vaxtı uzatdığına görə) – sarı, Nodar Məmmədov, 82 (bilərəkdən rəqibə ayaqla zərbə) – qırmızı.
Hakimlər: Elnur Muradov, Samir Hacıyev, Knyaz Əmiraslanov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Asif Namazov
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
15 dekabr 2011. Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 4. Seymur Tağıyev, 7. Ramal Hüseynov (k), 8. Akif Tağıyev (20. Azər Məmmədov, 58), 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 15. Namiq Əliyev (9. Yasin Abbasov, 71), 19. Ruslan Abbasov (17. Rəşad Piriyev, 87), 21. Rəşad Orucov, 22. Məhərrəm Müslümzadə, 27. Zura Dzamsaşvili.
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 16. Orxan İsmayılov, 18. Hafiz Əliyev, 28. Tuqay Alhüseynli.
Baş məşqçi: Əsgər Abdullayev.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 6. Lyuba Baranin (k), 7. Yaşar Abuzərov (26. Daniel Lopes Kruz, 76), 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Serje Cehua (17. Arif İsayev, 46), 15. Nodar Məmmədov, 25. Nuran Qurbanov, 33. Saşa Yunisoğlu, 77. Dodo (5. Sergey Sokolov, 90+3).
Ehtiyat oyunçular: 30. Qrem Smit, 20. Stiv Olfers, 22. Murad Hüseynov, 24. Tərzin Cahangirov.
Baş məşqçi: Fatih Kavlak.
Bakı - Sumqayıt Şəhər - 1:0 (0:0)
Qol: Maris Verpakovski, 54
Sarı vərəqələr: Novruz Məmmədov, 77 (oyunun bərpasını gecikdirdiyinə görə) - Timur İsrafilov, 53 (oyunun bərpasını gecikdirdiyinə görə), Kamil Nurəhmədov, 90+1 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
15 dekabr 2011. Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu. 400 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 5. Stevan Bates, 6. İbrahim Karqbo, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 30. Maris Verpakovski (4. Vadim Borets, 74), 36. Uinston Parks, 85. Jaba (17. Emin Cəfərquliyev, 90+1).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 11. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 22. Nicat Abdullayev, 32. Aleksey Savinov.
Baş məşqçi: Aleksandr Starkov.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 4. Samir Abasov (k), 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə (9. Orxan Həsənov, 80), 16. Hacı Əhmədov, 52. Bədavi Hüseynov, 10. Eşqin Quliyev (95. Ruslan Nəsirli, 61), 19. Orxan Əliyev, 27. Ramil Həşimzadə, 7. Mahmud Qurbanov (47. Abdulla Abatsiyev, 62), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 77. Samir Yusifov, 8. Emin Mustafayev, 50. Samir Abdulov.
Baş məşqçi: Bernhard Raab.
Turun qalan görüşləri: 16 dekabr (cümə) - Qarabağ - Rəvan, Kəpəz - Xəzər Lənkəran, AZAL – Simurq; 17 dekabr (şənbə) - İnter – Neftçi.
|
1
|
Neftçi
|
16
|
11
|
1
|
4
|
34-14
|
34
|
|
2
|
İnter
|
16
|
8
|
6
|
2
|
13-8
|
30
|
|
3
|
Bakı
|
17
|
8
|
5
|
4
|
23-13
|
29
|
|
4
|
Xəzər Lənkəran
|
16
|
8
|
5
|
3
|
20-16
|
29
|
|
5
|
Qəbələ
|
17
|
7
|
4
|
6
|
18-19
|
25
|
|
6
|
Qarabağ
|
16
|
7
|
4
|
5
|
18-14
|
25
|
|
7
|
AZAL
|
16
|
5
|
5
|
6
|
20-24
|
20
|
|
8
|
Simurq
|
16
|
5
|
4
|
7
|
17-20
|
19
|
|
9
|
Rəvan
|
16
|
4
|
7
|
5
|
18-19
|
19
|
|
10
|
Kəpəz
|
16
|
4
|
4
|
8
|
20-28
|
16
|
|
11
|
Sumqayıt Şəhər
|
17
|
3
|
3
|
11
|
12-23
|
12
|
|
12
|
Turan
|
17
|
3
|
2
|
12
|
10-25
|
11
|
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
7 - Robertas Poşkus (Simurq)
6 - Uinston Parks (Bakı), Tales Şütz (AZAL), Flavinyo (Neftçi).
