15 dekabr 2011 11:53

Namiq Yusifov: Ona görə də bu dəfə çiynimizə ağır yük düşür

“Qarabağ” sabah Premyer Liqanın debütantı “Rəvan”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, cari ildə sonuncu dəfə ev oyununa çıxacaq komanda qələbə qazanaraq doğma arenanı sevindirmək istəyir.
 
Premyer Liqanın ilk dövrəsində baş tutan oyunda bu komanda hesabda öndə olsa da, son dəqiqədə buraxdığı qolla qələbəni əldən vermişdi. Sabah komandanı yenidən çətin sınaq gözləyir. “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Namiq Yusifov “Rəvan”la oyunu belə dəyərləndirib:
 
“Rəvan”la oyun çox çətin olacaq. Komandanın başına Vladislav Qədirov keçdikdən sonra cəmi 1-2 dəfə uduzublar. Hər oyunda xoş təsir bağışlayırlar. Bizə qarşı da xüsusi hazırlaşacaqlar. “Rəvan” çempionatın ən maraqlı komandalarından biridi. Amma buna baxmayaraq biz də 3 xala köklənmişik. Son zamanlar evdə uğursuz oynayırırq. Düzdü, kubokda “Sumqayıt Şəhər” üzərində böyükhesablı qələbə qazandıq. Amma çempionatda son 2 oyunda qələbə qazana bilməmişik. Ona görə də  bu dəfə çiynimizə ağır yük düşür. İlk oyunda “Rəvan”a qarşı çox yaxşı oynamışdıq. Çoxsaylı qol imkanlarımız olmuşdu. Amma rəqib mini şansından istifadə etdi. Deməzdim ki, həmin an diqqətsizlik etdik. Amma bu, futboldu. Hər şeyə hazır olmaq lazımdı. İnanıram ki, bu dəfə xətaya yol verməyəcəyik. Azarkeşlərimizi stadiona bizi dəstəkləməyə dəvət edirəm. “Rəvan”la oyun nə qədər çətin olsa da, ən yaxşısını etməliyik”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.