15 dekabr 2011 00:10
PFL mövsümün qaliblərini mükafatlandırdı (FOTOREPORTAJ)
Ötən gün əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının 2010/2011-ci il mövsümünün qaliblərinin mükafatlandırılması keçirilib. Azerisport.az xəbər verir ki, ötən mövsümün çempionu olmuş “Bakı” klubunu təbrik edən Peşəkar Futbol Liqasının prezindeti Ramin Musayev bu klubda aparılan işlərdən danışıb, təbriklərini çatdırıb.
Daha sonra “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov da futbolçuları təbrik edib: ”Bakı” klubunun əsas məqsədi gənc futbolçuları yetişdirib əsas komandanın ixtiyarına verməkdir. Sizlər Avropada, bütün dünyada Azərbaycan futbolunu tanıtmalısınız. Bir daha sizi təbrik edir, uğurlar arzulayıram”.
Ötən mövsümün yekunlarına əsasən ikinci və üçüncü yeri tutmuş "Turan" və "Qəbələ" də Tovuzda keçirilən 17-ci turun oyunundan öncə Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırılıb.
