16 dekabr 2011 02:17
“Neftçiyə yenilgini faciə saymayacağıq”
“İnter”in yarımmüdafiəçisi Petar Zlatinov Premyer Liqanın 17-ci turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi” hazırda birinci pillədə gedir. Bu da onların yüksəlişdə olduqlarını göstərir. Əla, balanslaşmış heyət öz işini yaxşı görür. Biz onların son turda AZAL-ı necə böyük hesabla yendiklərini də bilirik. Amma ümid edirəm ki, biz nə “təyyarəçilər”in, nə də “Xəzər Lənkəran”ın aqibətini yaşarıq. Biz kimə qarşı oynayacağımızı yaxşı bilirik. Məncə, onların uğurunun əsas sirri heyətin uzun müddət bir yerdə çıxış etməsidi. Artıq iki ildi bu komanda yaxşıca formalaşıb. Topsuz qalmamağa çalışırlar. Onların əsl gücünü isə hazırda lider olmaları deyir. Amma istənilən halda bizim bu oyunda qələbə qazanmaq şanslarımız elə “Neftçi”də olduğu qədərdi. Hazırda liderlər aramızda 4 xal fərq var. Biz bu fərqi minimuma endirməliyik. Lakin buna baxmayaraq, məğlub da olsaq, bunu faciəyə çevirməmək lazımdı. Düzdü, arada yeddi xallıq fərq yaranacaq. Amma bir neçə tur öncə “Xəzər Lənkəran” da izləyicilərindən 7 xal öndəydi. İndi görün hardadılar? Əsas qalibin adı mayda bilinəcək ki, o vaxta da hələ çox qalır”.