16 dekabr 2011 02:05
“İtkilərimiz çox olsa da, istəyimizə çatdıq”
“Bakı”nın kapitanı Cəmşid Məhərrəmov Premyer Liqanın 17-ci turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Bilirdik ki, çətin oyun olacaq. Biz “Sumqayıt Şəhər”in “Kəpəz” üzərində qələbə qazandığı oyunu izləmişdik. Onlar bu oyunda da yaxşı təsir bağışladılar. Bir neçə qol epizodları da oldu. Amma biz heyətdəki itkilərə baxmayaraq, qələbə qazanmağı bacardıq. Buna görə çox şadam”.