16 dekabr 2011 02:14
Azərbaycan yığmasının rəqibi Almaniya və Macarıstanla qarşılaşacaq
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan İsrail yığması növbəti tsiklə hazırlıq dövründə iki yoxlama matçı keçirəcək. Azerisport.az xəbər verir ki, artıq həmin oyunların keçiriləcəyi tarix, həmçinin sınaqçı rəqiblərin kimliyi də məlumdu.
Belə ki, yığmamızın rəqibi öncə Almaniya millisi ilə üz-üzə gələcək. Bu qarşılaşma səfərdə keçiriləcək və 2012-ci ilin iyun ayının 1-də baş tutacaq.
Növbəti yoldaşlıq oyunu isə avqustun 15-də keçiriləcək. Bu dəfə rəqib Macarıstan seçməsi olacaq. Həmin görüş də səfərdə təşkil olunacaq.
Qeyd edək ki, İsrail Almaniya və Macarıstandan öncə fevralın 29-da Tələvivdə AÇ-2012-nin ev sahiblərindən olan Ukrayna ilə qarşılaşacaq.
