16 dekabr 2011 13:36
Tyaqo: Azərbaycan millisi şanslarını itirməyib
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Tyaqo DÇ-2012-nin seçmə mərhələsinin Bakıda təşkil olunan 5-ci qrupunun Xorvatiya ilə oyunundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Çoxları Azərbaycan yığmasının doğma meydanda qarşılaşdığı Xorvatiya ilə dueldən qalib ayrılacağını gözləyirdi...
- Biz də qələbə qazanacağımızı gözləyirdik. Amma özünüz də gördüyünüz kimi, alınmadı. Mən deməzdim ki, komandamız pis oynadı. Biz oyuna nəzarət edirdik, qol epizodları yaradırdıq. Hətta qələbəyə də yaxın olduğumuz halda, məğlubiyyətlə üzləşdik.
- Bu oyunda bizdə nə alınmırdı ki?
- Sadəcə qol vurmaq. Rəqibimiz yaxşı müdafiə olunurdu. Prinsipcə, bu, gözlənilən idi. Biz görüşün məhz belə keçəcəyini gözləyirdik. Amma məğlub olacağımızı yox.
- Sadəcə qol vurmaq. Rəqibimiz yaxşı müdafiə olunurdu. Prinsipcə, bu, gözlənilən idi. Biz görüşün məhz belə keçəcəyini gözləyirdik. Amma məğlub olacağımızı yox.
- Siz, rəqib qapısına nə qədər zərbə endirdiyinizi bilmirsiz?
- Oyun vaxtı buna imkan olmur. Amma əminəm ki, rəqib qokiperi oyunboyu tez-tez narahat edirdik. Xorvatların qapıçısı oynamağı bacarır. Lakin bu, bizə bəraət qazandıra bilməz. Çünki biz növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparırıqsa, bu komandanı yenməyə, qapıçını məyus etməyə borcluyduq.
- Bəlkə yığmamızın oyunu Maşado Nilson olmadığına görə alınmır?
- Əlbəttə, Maşadonun yoxluğu öz sözünü deyir. O, yüksək səviyyəli futzalçıdı və belə oyunçunun yoxluğu istənilən komanda üçün böyük itkidi. Amma mən deməzdim ki, yığmamız onsuz bu turnirə hazır deyil.

- İndi necə olacaq?
- Biz hələ növbəti mərhələ şanslarımızı itirməmişik. Pley-offa çıxa bilərik. Hələ cəmi bir oyun keçirmişik. Qarşıda daha vacib iki oyunumuz var. Baxmayaraq ki, bizim məğlubiyyətimiz xorvatlar üçün əla şans yaradıb.

- Bu gün baş tutacaq Makedoniya ilə oyunda da sürpriz gözləməyə dəyər?
- Olmamalıdı. Daha bir xal itkisi olsa, bizi dünya çempionatında görə bilməyəcəksiz. Ukraynaya müqavimət göstərməklə makedoniyalılar Bakıya gəzməyə gəlmədiklərini göstərdilər. Asan mübarizə gözləmirəm. Amma hər şeyə rəğmən, bu oyundan ancaq və ancaq qələbəylə ayrılmalıyıq.