16 dekabr 2011 22:33
Millimiz Makedoniya səddini 7 qolla keçdi (YENİLƏNİB)
Bu gün futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan 5-ci qrupunun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, dekabrın 18-dək davam edəcək yarışda Azərbaycan milli komandasının rəqibləri Ukrayna, Xorvatiya və Makedoniya yığmalarıdı.
Məlum olduğu kimi, yığmamız bu turnirin ilk oyununda Xorvatiya ilə qarşılaşdı. Lakin təəssüf ki, Joze Alesio da Silvanın yetirmələri uğursuz startla yadda qaldı. Bu gün isə yığmamız Makedoniya ilə üz-üzə gəlirdi. Hansı ki, bu komanda start matçında Ukrayna üzərində qələbəni əldən verərək, məğlubiyyətə üzülmüşdü – 1:2. Elə millimizlə görüş də makedoniyalıların məğlubiyyəti ilə başa çatdı. Özü də komandamız bu rəqibini 7 qolla keçdi ki, qonaqlar bunlardan yalnız birinə cavab verə bildilər.
İkinci oyun gününün digər matçında qaliblər – Ukrayna və Xorvatiya üz-üzə gəlib. Ukraynalılar bu oyunda da qələbə qazanaraq, vahid liderliyi ələ alıblar. Qeyd edək ki, son turda - dekabrın 18-də Azərbaycan və Ukrayna yığmaları qarşılaşacaqsa, Makedoniya və Xorvatiya ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında keçirilən matçların hakimlərinin Stefan Kammerer (Almaniya), Karel Heniç (Çexiya), Gerd Bilois (Belçika) və Balazs Farkas (Macarıstan) olduğunu da vurğulayaq. Dairəvi sistemlə mübarizə aparan komandalar pley-off mərhələsinə 2 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Futzal
DÇ-2012-nin seçmə mərhələsi
5-ci qrup
16 dekabr
Azərbaycan - Makedoniya - 7:1 (4:0)
Qollar: Felipe, 9 (1:0), Jadder, 14 (2:0), Felipe, 15 (3:0), Felipe, 15 (4:0), R.Fərəczadə, 21 (5:0), R.Balakişiyev, 31 (6:0), Jadder, 32 (7:0), Petroviç, 34 (7:1)
Sarı vərəqə: R.Fərəczadə, 39 - Rangotov, 19, Yovanovski, 22.
AZƏRBAYCAN: 1. Andrey Tveryankin, 4. Serjao, 7. Rəcəb Fərəczadə, 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. İlkin Hacıyev, 5. Felipe, 9. Tyaqo, 11. Namiq Məmmədkərimov, 15. Rüfət Balakişiyev, 18. Jadder Dantas.
Baş məşqçi: Alesio da Silva.
MAKEDONİYA: 15. M.Todorovski, 2. Zoran Leveski, 7. O.Yovanovski, 9. D.Rangotov, 11. D.Petroviç.
Ehtiyat oyunçular: 12. Q.Pandilov, 4. F.Aquşi, 5. T.İliyev, 6. A.Miçevski, 8. Z.Naskovski, 10. B.Lyubomir (k), 13. N.Petrovski.
Baş məşqçi: Vasil Skenderovski.
Xorvatiya – Ukrayna - 1:4 (0:2)
Qollar: Çepornyuk, 1 (0:1), Pavlenko, 17 (0:2), Ovsyannikov, 25 (0:3), Ovsyannikov, 31 (0:4), Babiç, 37 (1:4)
|
1
|
Ukrayna
|
2
|
2
|
0
|
0
|
6
|
2
|
4
|
6
|
|
2
|
Xorvatiya
|
2
|
1
|
0
|
1
|
4
|
5
|
-1
|
3
|
|
3
|
Azərbaycan
|
2
|
1
|
0
|
1
|
8
|
4
|
4
|
3
|
|
4
|
Makedoniya
|
2
|
0
|
0
|
2
|
2
|
9
|
-7
|
0
|
