16 dekabr 2011 16:30
Cüneyt Biçer: XL daha yaxşı oynayacaq
"Xəzər Lənkəran"ın baş məşqçisi Cüneyt Biçer Premyer Liqanın 17-ci turunun "Kəpəz"lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun türkiyəli çalışdırıcısı komandasının 4:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“Biz çoxdan idi qələbə qazana bilmirdik. Uşaqlara belə oyuna görə təşəkkürümü bildirirəm. Həqiqətən yaxşı komandamız var. Bəzi dəyişikliklərə əl atmışdım. Hesab edirəm ki, bu dəyişikliklərə uyğunlaşmaq üçün komandama vaxt lazımdı. Zaman keçdikcə, “Xəzər Lənkəran” daha yaxşı oynayacaq”.
