16 dekabr 2011 17:18
Vladislav Qədirov: Hər şey başqa cür də ola bilərdi
"Rəvan"ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 17-ci turunun "Qarasbağ"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Gərgin oyun alındı. Hər iki komanda sona kimi döyüşdü. Qol buraxana kimi yaxşı epizodlar yaratmışdıq. Onların ən azi birindən yararlana bilsəydik, hər şey fərqli də ola bilərdi. Məğlub olsaq da, oyunumuzdan razıyam. Amma təbii ki, nəticənin daha yaxşı olmasını istərdim”.
