16 dekabr 2011 17:24
Mirbağır İsayev: Kəpəzdə köklü dəyişikliklər olmalıdı
"Kəpəz"in baş məşqçisi Mirbağır İsayev Premyer Liqanın 17-ci turunun "Qarabağ"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun yeni çalışdırıcısı komandasının 1:4 hesabıyla darmadağın olduğu görüşdən sonra bunları dilə gəririb:
“Cüneyt Biçeri “Xəzər Lənkəran”ın yeni baş məşqçisi təyin olunması münasibətilə təbrik edirəm. “Xəzər Lənkəran” və “Kəpəz” eyni səviyyəli oyun göstərdi. Amma “Xəzər Lənkəran”ın futbolçuları “Kəpəz”in futbolçularından çox güclüdürlər. Futbolçularımın nəyə gücü çatırdısa, onu da oynadılar. “Kəpəz”də köklü dəyişikliklər olmalıdı. Mən futbolçularımdan gələcəkdə qələbə yox, yaxşı oyun gözləyirəm”.
