16 dekabr 2011 18:36
"Göstərdik ki, Neftçiyə 1:7 hesablı yenilgi təsadüfi idi"
AZAL-ın baş məşqçisi əvəzi Rafiq Mirzəyev Premyer Liqanın 17-ci turunun "Simurq"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 5:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
““Simurq”dan bir qədər çəkinirdik. Onlara da xal lazım idi. Biz ötən tur qeydə alınan “Neftçi”yə 1:7 hesablı məğlubiyyəti unutdurmağa, onun təsadüfi olduğunu sübut etməyə çalışırdıq. Buna görə komandada hansısa psixoloji gərginliyin olmadığını göstərmək istəyirdik. Bunu da bacardıq. Əsas o idi ki, “Neftçi” ilə oyundan sonra psixoloji cəhətdən sınmadıq. Artıq hər şey arxada qaldı. Bizim hədəfimiz dəyişməyib: yenə altılığa düşməyə çalışırıq. “Rəvan”ı udmaqla hədəfimizə daha da yaxınlaşa bilərik. Artıq iki turdan sonra çox şeyə aydınlıq gəlmiş olacaq”.
