16 dekabr 2011 18:40
Sergey Yuran: Belə futbol oynamaq olmaz
"Simurq"un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 17-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rusiyalı çalışdırıcısı komandasının 1:5 hesabıyla darmadağın olduğu görüşdən sonra bunları dilə gəririb:
“Mövsümün əvvəlində təlim-məşq toplanışı keçməmişdik. Son on günü burada olmadım. Fikrimcə, 5:1 hesabı ilə məğlub olmamalıydıq. Belə futbol oynamaq olmaz. Meydanda bu cür hərəkət etmək olmaz. Səfərdə bizim yaxşı oyunlarımız olub. Sadəcə olaraq futbolçularımda təcrübə çatışmır. Yalnız müdafiədə səhv axtarmaq lazım deyil. Bütün komanda cəzalanacaq”.
