17 dekabr 2011 00:03

İddialılar üçün düşərli gün

Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tur artıq başa çatmaq üzrədi. Azerisport.az xəbər verir ki, hesabat turunun kifayət qədər məhsuldar alınan ikinci oyun günündə daha üç görüş baş tutdu.
 
Son dövrlər heç də uğurlu və sabit çıxış edə bilməyən “Qarabağ” mövsümün sürpriz komandalarından olan “Rəvan”ı qəbul etdi. Son turda “Bakı”dan xal alan paytaxt klubu indi də ağdamlıları büdrətmək fikrindəydi. Yeri gəlmişkən qeyd edək ki, ilk dövrədə Bakıda keçirilən oyunda “sarı-qırmızılar” “Qarabağ”ı son dəqiqədə vurduqları qolla qələbədən etmişdilər. Paytaxt klubu xal və ya xallar qazanmaqla ən azı bir pillə irəliləmək şansına da malik idi.
 
Amma meydan sahiblərinin bu dəfə də xal itkisinə yol verməsi inandırıcı görünmürdü. Çünki qarşılaşma Quzanlıda keçirilirdi. Bu üzdən də doğma meydan amili Qurban Qurbanovun yetirmələrinin tərəfindəydi. Bundan əlavə, ilk dövrədəkindən fərqli olaraq, “Qarabağ”ın heyətində ciddi itkilər də yox idi. Ağdam təmsilçisi uzun müddətdən sonra optimal heyətlə oynamaq imkanın malik idi.
 
Hər şeyə rəğmən, “Qarabağ”a “Rəvan”la bu dəfəki görüş də asan başa gəlmədi. Hər halda matçın son 20 dəqiqəsinə kimi meydan sahibləri Vladislav Qədirovun yetirmələrini cəzalandırmaqda çətinlik çəkirdi. Əvəzində “sarı-qırmızılar” da hesabı açmaq üçün arabir şans qazanırdı. Amma ələ düşən şanslardan yalnız bir futbolçu yararlandı. Öncə oyun vəziyyətindən hesabı açan Əfran İsmayılov 4 dəqiqə fasilə ilə penaltini də qola çevirməklə “Rəvan”ın müqavimətini qırmağı bacardı. Beləcə, “Qarabağ” növbəti 3 xala sahib çıxaraq, yenidən 5-ci pilləyə yüksəldi.
 
“Xəzər Lənkəran” səfərdə “Kəpəz”in qonağı oldu. Lənkəran klubu yeni baş məşqçisi – Cüneyt Biçərlə ilk qələbəsini qazanmağı hədəfləmişdi. Bu, həm də bir gün öncə qələbə qazanaraq, lənkəranlıları qabaqlamağa nail olan “Bakı”nı keçmək üçün əla şans idi. Əks halda cənub təmsilçisi hesabat turunu dördüncü pillədə qapamalı olacaqdı.
 
Gəncə klubu isə son turdakı “Sumqayıt Şəhər” darmadağınını unutdurmağı hədəfləmişdi. Onlar üçün güclü rəqibdən alınacaq bir xal da uğur sayıla bilərdi. Baxmayaraq ki, meydan sahiblərinin bu görüşdə qələbə qazanmaqla böyük sürprizə imza atması da istisna olunmurdu.
 
Amma son turlara kimi turnir cədvəlinin zirvəsində qərarlaşan “ağ-yaşıllar” bu oyunda istəklərinə nail ola bildilər. Elə birinci dəqiqədə hesabı açan qonaqlar 90 dəqiqənin tamamında artıq dörd dəfə gəncəliləri meydanın mərkəzinə dəvət etmişdilər. Düzdü, bunda meydan sahiblərinin artıq ilk yarıdaca azlıqda qalmasının da rolu oldu. Hər halda səfərdə qazanılan böyük hesablı qələbə Biçeri ilk üç xala sevindirərkən, komandası da ikinci pilləni ələ keçirdi. Gəncəlilər isə artıq ikinci turdu eyni hesablı (1:4) darmadağına üzülürlər.
 
Nəhayət, günün son oyununda AZAL evdə “Simurq”la münasibətlərinə aydınlıq gətirdi. “Təyyarəçilər” bu oyunda son turun ölkə çempionu “Neftçi”dən alınan 1:7 hesablı yenilgisini unutdurmaq istəyirdilər. Baxmayaraq ki, turnir cədvəlində bu komandaya qonşu olan rəqib heç də asan yenilən klublardan deyildi.
 
Zaqatala klubu da məhz rəqib düşərgədəki psixoloji gərginlikdən yararlanmağ hədəfləmişdi. Üstəlik, qonaqlar paytaxt klubundan cəmi 1 xal geri qaldığından, qazanılacaq qələbə bu komandanı 7-ci pilləyə çıxara bilərdi.
 
Lakin meydan sahibləri bu oyunda azarkeşləri qarşısında bəraət qazana bildilər. Zaqatala təmsilçisinin qapısına 5 qol vuran “təyyarəçilər” sadəcə bir top buraxdılar. Bununla onlar bir növ “Neftçi”yə darmadağını unutdurmuş oldular. Eyni zamanda paytaxt klubu əsas izləyicisindən uzaqlaşmağa da nail oldu.
 
Premyer Liqa
17-ci tur
16 dekabr
 
Kəpəz - Xəzər Lənkəran - 1:4 (1:2)
Qollar: D.Rusiç, 1 (0:1), D.Parxaçov, 7 (1:1), B.Subaşiç, 43-pen (1:2), J.Vobay, 65 (1:3), Zahid Quliyev, 90+1 (1:4).
Vərəqələr: Dmitri Parxaçov, 42 (hakimin qərarına etiraz), Muammer Erdoğdu, 80 (perspektivli hücumun qarşısını aldığına görə) - Adrian Pit, 45 (bilərəkdən əllə oyun), Zahid Quliyev, 85 (rəqibə qarşı kobud oyun) – sarı, Milan Antiç, 42 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə) – qırmızı.
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Rahil Ramazanov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 dekabr  2011. Gəncə şəhər stadionu. 8000 tamaşaçı.
Kəpəz: 22. Konstantin Kolesnikov, 5. Muammer Erdoğdu, 8. Armand Feutçin, 10. Ceyhun Sultanov (k) (19. Zaur Əsədov, 67), 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov (23. Junivan Suares, 63), 17. Renat Sultanov, 18. Nikolay Svejentsev, 27. Pərvin Paşayev, 28. Milan Antiç, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 88. Elşən Poladov, 7. Asəf Qədiri, 15. Şahin Kərimov, 25. Anton Qay, 33. Təbriz Hüseynli.
Baş məşqçi: Mirbağır İsayev.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev (17. Zahid Quliyev, 80), 3. Elvin Beqiri, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 22. Antonio Semedo, 33. Deyan Rusiç (7. Katalin Doman, 82), 84. Julius Vobay (10. Elnur Abdullayev, 71).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Alim Qurbanov, 23. Şəhriyar Xəlilov, 32. Mario Rosas.
Baş məşqçi: Cüneyt Biçer.
 
Qarabağ - Rəvan - 2:0 (0:0)
Qollar: Ə.İsmayılov, 72 (1:0), Ə.İsmayılov,  76-pen (2:0).
Vərəqələr: Nderim Nedzipi, 65 (etiraz etdiyinə görə), Rauf Əliyev, 84 (qeyri-idman hərəkəti) - Tural Axundov, 4 (düşünmədən rəqibə zərbə), Miloş Zeçeviç, 30 (düşünmədən rəqibə zərbə), Taqım Novruzov, 77 (qeyri-idman hərəkəti), Ramazan Abbasov, 83 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Coşqun Həsənov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Şahin Cəfərov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 dekabr  2011. Quzanlı Olimpiya İdman Kompleksinin stadionu. 2000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k) (14. Rəşad Sadıqov, 46), 7. Namiq Yusifov, 9. Bəxtiyar Soltanov (11. Rauf Əliyev, 46), 20. Nderim Nedzipi, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (17. Vüqar Nadirov, 61).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi (90. Sergey Çernışev, 78), 6. Taqım Novruzov, 8. Tural Axundov, 11. Şerif Suma, 15. Tural Cəlilov, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 30. Şarapudin Şalbuzov (22. Amid Hüseynov, 56).
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 13. Fərid Həşimzadə, 16. Fərrux Rəhimov, 24. Hüseyn İsgəndərov, 25. Səbuhi Həsənov.
Baş məşqçi: Vladislav Qədirov.
 
AZAL - Simurq - 5:1 (2:0)
Qollar: E.Məmmədov, 17 (1:0), Benuahi, 19-pen (2:0), T.Şütz, 49 (3:0), T.Şütz, 53 (4:0), R.Poşkus, 68 (4:1), G.Boqyu, 90+2 (5:1).
Vərəqələr: Usim Nduka, 32 (düşünmədən ayağa zərbə), Zohair Benuahi, 55 (qeyri-idman hərəkəti), Ervin Bulku, 66 (qeyri-idman hərəkəti) - Vidas Alunderis, 8 (hakimə etiraz), Rasim Ramaldanov, 18 (düşünmədən ayağa zərbə), Daniel Genov, 35 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Aleksandr Şemonayev, 40 (hakimə etiraz), Əli Bağırov, 74 (fitdən sonra topa zərbə) – sarı.
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rüfət Hüseynov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
16 dekabr  2011. Bakı. "AZAL Arena" stadionu. 950 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 16. Branislav Arseniyeviç, 88. Ervin Bulku, 5. Aqil Nəbiyev (k), 3. Usim Nduka, 2. Robert Petrov, 8. Elşən Məmmədov, 10. Nuqzar Kvirtiya (7. Tərlan Xəlilov, 69), 17. Viktor İbekoyi, 11. Zohair Benuahi (9. Vüsal Qarayev, 78), 23. Tales Şütz (15. Georgi Boqyu, 61).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Hüseyn Axundov, 6. Mindauqas Daunoraviçyus, 14. Orxan Səfiyaroğlu.
Məşqçi: Rafiq Mirzəyev.
Simurq: 1. Fuad Əhmədov, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Vasili Yanotovski, 8. Qərib İbrahimov (21. Kristap Qrebis, 79), 11. Robertas Poşkus, 14. Andrey Rubin (10. Tofiq Mikayılov, 46), 13. Aleksandr Şemonayev, 28. Yevgeni Şmakov (9. Əli Bağırov, 46), 77. Daniel Genov, 79. Vidas Alunderis.
Ehtiyat oyunçular: 32. Adnan Hodziç, 17. Rüstəm Məmmədov, 23. Ruhid Usubov, 6. Mikayıl Rəhimov.
Baş məşqçi: Sergey Yuran.
 
Turun ilk oyun günündə iki görüş keçirilmişdi: Bakı - Sumqayıt Şəhər - 1:0, Turan - Qəbələ - 0:1. Bir oyun isə bu gün baş tutacaq: İnter – Neftçi.
 
 
1
Neftçi
16
11
1
4
34-14
34
2
Xəzər Lənkəran
17
9
5
3
24-17
32
3
İnter
16
8
6
2
13-8
30
4
Bakı
17
8
5
4
23-13
29
5
Qarabağ
17
8
4
5
20-14
28
6
Qəbələ
17
7
4
6
18-19
25
7
AZAL
17
6
5
6
25-25
23
8
Simurq
17
5
4
8
18-25
19
9
Rəvan
17
4
7
6
18-21
19
10
Kəpəz
17
4
4
9
21-32
16
11
Sumqayıt Şəhər
17
3
3
11
12-23
12
12
Turan
17
3
2
12
10-25
11
 
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
8 - Tales Şütz (AZAL), Robertas Poşkus (Simurq)
6 - Uinston Parks (Bakı), Flavinyo (Neftçi), Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.