16 dekabr 2011 11:26

Rauf Əliyev: İli major notlarla bitirmək istəyirik

Futbol üzrə Azərbaycan yığmasının, eləcə də “Qarabağ”ın hücumçusu Rauf Əliyev Premyer Liqanın 17-ci turunun “Rəvan”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Rəvan”la oyuna necə hazırlaşa bilmisiz?
- Həmişəki plan üzrə üzrə hazırlaşmışıq. Sevindirici hal kimi onu qeyd edə bilərəm ki, komandada zədəli futbolçu yoxdu. Rəşad Sadıqov da artıq sıraya dönüb. Qarşıdakı oyunda qələbə qazanmağı hədəfləmişik.

- Paytaxt təmsilçisi bu mövsüm liderlər üçün əsl baş ağrısıdı, onlar hətta sizdən də xal alıblar...
- Bəli, onlar bu mövsüm çox yaxşı oynayırlar. Görünür, böyük komandalara qarşı xüsusi köklənə bilirlər. Fikrimcə, bu oyunda bizim işimiz asan olmayacaq. Baxmayaraq ki, onları doğma meydanda, Quzanlıda qəbul edirik, ikiqat güc sərf etməliyik. Birinci dövrədə biz də onlarla heç-heçə etmişdik. Əlbəttə, o dövrlə müqayisədə bir çox şeylər dəyişib. İndi komandamızda vəziyyət bir qədər yaxşıdı və qələbə qazanmağa köklənmişik.
 
- Komandada vəziyyət yaxşılığa doğru dəyişsə də, son turda “Xəzər Lənkəran”la heç-heçəyə razılaşdınız...
- Lənkəranda oynamaq həmişə çətindi. Ordan xalla qayıtmaq da. Bu dəfə də elə oldu. Çətin, amma baxımlı oyun alındı. Hər halda Lənkəranda uduzmadığımıza və xalla qayıtdığımıza görə də ancaq sevinmək olar.
 
- Boş tribunalar qarşısında oynamaq necə idi?
- Əlbəttə, azarkeşlərin gözü qarşısında oynamaq daha xoş olur. Onlar hətta rəqibin azarkeşləri olsa da belə. Ən azından bu, oyunda xüsusi atmosfer yaradır. Hər halda bizim Lənkəranda bir xal qazana bilməyimiz müsbət məqamdı.
 
- İkinci altılıqla aradakı fərq elə də çox deyil. Bu, sizi qorxutmur?
- Adətən, ilin sonunda komandada yorğunluq olur. Buna görə də çətin olacaq. Amma ili major notlarla bitirmək istəyirik. Axı qış fasiləsinə də yaxşı hisslərlə yollanmaq heç də pis olmazdı. Hər halda mövsümün qalan hissəsinə daha yaxşı hazırlaşmağa həvəs olardı.
 
- Bu yaxınlarda Vaqif Cavadov bəyan edib ki, Berti Foqtsla danışıb, yığmaya qayıtmağa hazırdı. Siz, bu barədə nə düşünürsüz?
- Şübhəsiz ki, mən də onun komandamıza dönməsini çox istərdim. Vaqif gözəl insandı, yaxşı futbolçudu. Onun kimi futbolçular yığmaya heç vaxt mane ola bilməz. Əlbəttə, bu məsələdə yekun qərar Foqtsundu. Amma şəxsən mən Vaqifin yenidən yığmamıza dönüşünü çox istəyirəm.
 
- Tezliklə ilin ən yaxşı futbolçuları müəyyənləşəcək. Siz də belə bir mükafatı qazanmaq istərdinizmi?
- Əgər mənim adım çəkilsə, buna çox sevinərəm. Özüm hansısa futbolçunu fərqləndirməkdə çətinlik çəkirəm. Çünki bizdə çoxlu yaxşı futbolçular var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.