17 dekabr 2011 00:09
“Azərbaycan millisini məğlub etmək istəyirik”
Xəbər verdiyimiz kimi, futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin 5-ci qrupunda Xorvatiya və Ukrayna milli komandaları qarşılaşıb. Azerisport.az xəbər verir ki, oyun 4:1 hesabı ilə Ukrayna millisinin xeyrinə başa çatıb.
Qarşılaşma başa çatdıqdan sonra Ukrayna millisinin baş məşqçisi Qennadi Lisençuk bunları dilə gətirib: “Xorvatiya yığmasının güclü olduğunu bilirdik. Yarım gün ərzində bu komandaya qarşı nə edə biləcəyimiz barədə düşündük. Qrupu birinci yerdə başa vurmaq istəyirik. Buna görə Azərbaycan millisini məğlub etmək istəyirik”.
