17 dekabr 2011 00:01
“Ukrayna yığması qrupun ən güclü komandasıdı”
Futzal üzrə Xorvatiya millisinin baş məşqçisi Mato Stankoviç dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan 5-ci qrupu çərçivəsində Ukraynaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:4 hesabı ilə məğlub olduqları qarşılaşma başa çatdıqdan sonra bunları dilə gətirib:
“Hesab edirəm ki, Ukrayna yığması qrupun ən güclü komandasıdı. Heç bir məşqçi uduzmaq istəməz. Bu gün səhvlərimiz ucbatından məğlub olduq. Ukrayna millisinin heyəti böyük olduğundan, tez-tez əvəzləmə edə bilirdi”.
