17 dekabr 2011 00:05
“Azərbaycan dünyanın 5 güclü komandasından biridi”
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin 5-ci qrupunda Azərbaycan və Makedoniya yığmalarının oyunu başa çatdıqdan sonra rəqib komandanın baş məşqçisi Vasil Skenderovski matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızdan aldıqları 1:7 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Azərbaycan millisi bütün komponentlərdə üstün idi və layiqli qələbə qazandı. Belə sıx qrafiklə və güclü rəqiblərə qarşı oynayacaq gücdə deyilik. Düşünürəm ki, Azərbaycan millisi dünyanın 5 güclü komandasından biridi”.
