16 dekabr 2011 16:34

Trabzonspor PSV, Beşiktaş Braga ilə düşdü (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılır. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbir UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək.
 
Qitənin ÇL-dən sonra ikinci ən nüfuzlu klub turnirinini pley-off mərhələsinə vəsiqə qazanan 24 iştirakçı öz qruplarında ilk iki pillənin sahibləridi. Onlar aşağıdakılardı:
 
Qrup qalibləri:
PAOK (Yunanıstan), Standard (Belçika), PSV (Hollandiya), Sporting (Portuqaliya), Beşiktaş (Türkiyə), Athletic (İspaniya), Metallist (Xarkov, Ukrayna), Brugge (Belçika), Atletico (İspaniya), Schalke (Almaniya), Twente (Hollandiya), Anderlecht (Belçika).
 
Qrup ikinciləri:
Rubin (Rusiya), Hannover (Almaniya), Legia (Polşa), Lazio (İtaliya), Stoke City (İngiltərə), Salzburg (Avstriya), AZ Alkmaar (Hollandiya), Braga (Portuqaliya), Udinese (İtaliya), Steaua (Rumıniya), Wisla (Polşa), Lokomotiv (Moskva, Rusiya).
 
Qalan 8 komanda isə ÇL-də qrupda 3-cü yeri tutaraq, Avroliqaya “transfer” olanlardı. Həmin klublar isə bunlardı:
 
Çempionlar Liqasında gələnlər:
Manchester City (İngiltərə), Trabzonspor (Türkiyə), Manchester United (İngiltərə), Ajax (Hollandiya), Valencia (İspaniya), Olympiacos (Yunanıstan), Porto (Portuqaliya), Viktoria (Çexiya).
 
Şübhəsiz ki, Avroliqa iştirakçıları arasında bizləri də daha çox qardaş Türkiyənin iki təmsilçisi – “Trabzonspor”la “Beşiktaş” maraqlandırır. Trabzon klubu ÇL-dən gələnlərin səpələnməmişləri, “Qara qartallar” isə səpələnmişlər arasında yer alıb. Qeyd edək ki, püşkatma zamanı pley-offun ilk mərhələsində eyni qrupda oynayanların və bir ölkəni təmsil edənlərin bir-birinə rəqib olmasına imkan verilməyəcək.
 
Səpələnmişlər:
PAOK, Standard, PSV, Sporting, Beşiktaş, Athletic, Metallist, Brugge, Atletico, Schalke, Twente, Anderlecht, Manchester City, Manchester United, Olympiacos, Valencia.
 
Səpələnməmişlər:
Rubin, Hannover, Legia, Lazio, Stoke City, Salzburg, AZ Alkmaar, Braga, Udinese, Steaua, Wisla , Lokomotiv, Porto, Ajax, Trabzonspor, Viktoria.
 
Püşkatma nəticəsində aşağıdakı cütlüklər formalaşıb:
 
Porto - Manchester City
Ajax - Manchester United
Lokomotiv - Athletic
Salzburg - Metallist
Stoke City - Valencia
Rubin - Olympiacos
AZ Alkmaar - Anderlecht
Lazio - Atletico
Steaua - Twente
Viktoria - Schalke
Wisla - Standard
Braga - Beşiktaş
Udinese - PAOK
Trabzonspor - PSV
Hannover - Brugge
Legia - Sporting
 
Qeyd edək ki, bu mərhələnin ilk oyunları fevralın 16-da, cavab görüşləri isə 23-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.