16 dekabr 2011 00:01
“Təəssüf ki, imkanlardan yararlana bilmədik”
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin 5-ci qrupunda Ukrayna və Makedoniya yığmaları qarşılaşdı. Azerisport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyun Makedoniya yığmasının məğlubiyyəti ilə (1:2) başa çatdı.
Qarşılaşma başa çatdıqdan sonra Makedoniya yığmasının baş məşqçisi Vasil Skenderovski bunları dilə gətirib: “Ukrayna yığması qrupun favoritlərindən biri olduğuna görə oyunun çətin olacağını bilirdik. Hesabı açdıqdan sonra vəziyyətimiz yaxşılaşdı. İkinci hissədə də qol vurmaq üçün əlverişli epizodlar yaratdıq. Təəssüf ki, imkanlardan yararlana bilmədik”.
