16 dekabr 2011 00:03
“Azərbaycan millisindən daha çox hücum gözləyirdik”
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin 5-ci qrupunda Azərbaycan və Xorvatiya yığmalarının oyunu başa çatdıqdan sonra rəqib komandanın baş məşqçisi Mato Stankoviç matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamız üzərində qazandıqları 3:1 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Azərbaycan millisi güclü komandadı və bu gün rəqibimizdən daha çox hücum gözləyirdik. Qələbə qazandığımız üçün şadam. Biro Jadenin yoxluğu hücumlarda hiss olunurdu. Qrupdan hansı komandanın çıxacağı, çox güman ki, sabah bilinəcək”.
