16 dekabr 2011 00:04
“Çətin, amma şirin qələbə qazandıq”
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin 5-ci qrupunda Ukrayna və Makedoniya yığmaları qarşılaşdı. Azerisport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyun 2:1 hesabı ilə Ukrayna yığmasının xeyrinə başa çatdı.
Qarşılaşma başa çatdıqdan sonra Ukrayna yığmasının baş məşqçisi Gennadi Lisençuk bunları dilə gətirib: “Çox çətin oyun oldu. Makedoniya yığmasının reytinqdə aşağı pillədə olması bəlkə də oyunçularımızda asan qələbə qazanacağımız təəssüratını yaratmışdı. Çətin, amma belə demək mümkünsə, şirin qələbə qazandıq. Artıq asan rəqib yoxdu”.
