16 dekabr 2011 00:06
Alesio da Silva yığmamızın məğlubiyyətini şərh etdi
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva dünya çempionatının əsas seçmə mərhələsinin 5-ci qrupunda keçirilən Xorvatiya ilə oyundan sonra matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 1:3 hesablı yenilgisini belə şərh edib:
“Birinci hissədə yaxşı oynadıq. Amma Xorvatiya yığması güclü komandadı. İkinci hissənin ilk 10 dəqiqəsində də yaxşı təsir bağışladıq. Təəssüf ki, qol vəziyyətlərindən yararlana bilmədik. Futzalçılarımız öz üzərində daha çox çalışmalıdır. Hələ qrupdan çıxmaq şansımız var”.
