17 dekabr 2011 00:56
“Birinci hissədə qol vurmadığımıza görə əsəbilik var idi”
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Premyer Liqanın 17-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla qələbə qazandıqları və dubla imza atdığı oyunla bağlı bunları dilə gətirib:
“Rəvan”la oyunumuz çətin alındı. Kənardan asan qələbə qazandığımız görünə bilər. Amma bu, belə deyil. Bu oyuna ciddi hazırlaşmışdıq. “Rəvan” hazırda bütün favoritlər üçün əsas başağrıdı. Bu üzdən də onlarla oyunda ancaq qələbə köklənmişdik və layiqli olaraq 3 xala sahib çıxdıq. “Qarabağ” bu dəfə də öz kollektiv oyununu göstərə bildi. Birinci hissədə qol vurmadığımıza görə bir qədər əsəbilik var idi. Amma oyunumuza davam edincə, qollar da gəldi. Vurduğum qollar da komandamın ümumi uğurudu. Penaltiyə gəlincə, bizdə bunu adətən Rəşad Sadıqov və Adamiya vurur. Rəşad komandanın lideridi və adətən penaltini kimin vuracağına da o qərar verir. Bu dəfə mən icazə istədim və dedi ki, “əgər özünə inanırsansa, vur”. Çox şadam ki, dubla imza atdım, komandam qələbə qazandı. Artıq bütün diqqətlərimiz “Qəbələ” ilə oyuna yönəlib. Həmin oyunda üstünlük rəqibimizdə olacaq. “Qəbələ” Toni Adamsın gedişindən sonra yaxşı oynamağa başlayıb. Həm də onların stadionunda əla ot örtüyü var. Oynamaq ləzzət verir”.