17 dekabr 2011 01:03
Əfran İsmayılov: Yeni ilə də bu arzu ilə çıxacağıq
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov 2011-ci ilin ən yaxşılarının adını açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İlin ən yaxşı futbolçusu kimi Rauf Əliyevi görürəm. Əgər o seçilsə, buna çox sevinərəm. Rauf həm yığmadakı, həm də klubdakı oyunu ilə buna layiqdi. Məşqçi kimi isə Arif Əsədovu qeyd edərdim. O, altı ildən sonra “Neftçi”ni çempion etdi. Buna görə də Əsədov bu sorğuda qalib olmağa layiqdi. Düzdü, Qurban Qurbanov da “Qarabağ” üçün çox iş görür. İnanıram ki, biz də onunla çempionluq sevinci yaşayacağıq. Yeni ilə də bu arzu ilə çıxacağıq”.