17 dekabr 2011 13:55
Bakı milli brend oldu
“Bakı” futbol klubu ann.az saytının Azərbaycanın milli brendləri sorğusunu qalib kimi başa vurub. Azerisport.az xəbər verir ki, sorğunun nəticələrinə əsasən, "Bakı" futbol klubu respondentlərin 46% səsini toplayaraq Azərbaycan futbol brendi seçilib.
6399 iştirakçının qatıldığı sorğu 15 oktyabr – 15 dekabr tarixlərində keçirilib. 2927 səs toplayan “Bakı” futbol klubu rəqiblərini böyuk üstünlüklə geridə qoyaraq Azərbaycanın birinci klubu seçilib.
“Bakı” futbol klubu sorğuda kluba etimad göstərərək onu ilk pilləyə yüksəldən bütün insanlara təşəkkür edib.
