17 dekabr 2011 14:51
Arif Əsədov ilin ən yaxşılarını açıqladı
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində 2011-ci ilin yekunları ilə bağlı düşüncələrini bölüşüb.
- Sizcə, bu ilin ən yaxşı futbolçusu kim olmalıdı?
- Yəqin ki, Ruslan Abışov. O, ili yüksək səviyyədə keçirdi. Həm klubda, həm də yığmada. Əlbəttə, unutmaq olmaz ki, hələ ona zədə də mane oldu. Bir neçə həftə buna görə futbolsuz qaldı. Amma bütövlükdə ili yaxşı keçirdi. Hesab edirəm ki, Ruslan artıq xarici klublara keçəcək səviyyəyə gəlib çatıb.

- Bəziləri hesab edir ki, ən yaxşı futbolçunu çempionat oyunlarına əsasən seçmək lazımdı, digərləri isə millidəki çıxışı əsas sayır. Bəs siz necə hesab edirsiz?
- Klubda yaxşı oynayan futbolçu yığmada da həmin keyfiyyətlərini göstərməyə borcludu. Əgər söhbət ilin yekunlarından gedirsə, hər şeyə diqqət yetirilməlidi.

- Ən yaxşı legioner kimi sayırsız?
- Flavinyonu. Ona alternativ də görmürəm. Braziliyalı komandasında da əsas futbolçulardan idi.

- Ən yaxşı məşqçi?
- Bu suala cavab vermək çətindi. Amma şəxsən mən Nazim Süleymanovu seçərdim. AZAL-ın ötən mövsümkü heyəti ilə Avropa Liqasına vəsiqə qazanmaq çox çətin iş idi. Amma o, döyüşkən komanda quraraq, sabit çıxışla buna nail oldu.

- Yəqin ki, ilin komandası kimi də “Neftçi”ni qeyd edəcəksiz...
- Bəli. Mən bunu orda işlədiyimə görə demirəm. Sadəcə, “Neftçi” altı ildən sonra çempion oldu. Bu, böyük amildi. Fikrimcə, hamı razılaşar ki, ilin ən yaxşı və sabit çıxış edən komandası məhz “Neftçi”di.
- Kimi ilin tapıntısı hesab edirsiz?
- Buna iki namizəd var. Biri Cavid İmamverdiyev, digəri Qara Qarayev. Cavid yeni səviyyətə qalxa bildi, Qara isə “Qarabağ”ın əsas heyətinə yüksəldi.

- Bəs sizi məyus edənlər kimlər oldu?
- Öz perspektivini aça bilməyən, bundan istifadə edə bilməyənlər də oldu. Məsələn, Elvin Məmmədov üçün 2011-ci il çox uğursuz alındı. Emil Mpenza ilə Julius Vobay da azarkeşləri az məyus etmədi.

- 2011-ci il sizin üçün nə ilə yadda qalan oldu?
- “Neftçi”nin çempionluğu ilə. Uzun fasilədən sonra “ağ-qaralar” titulunu geri qaytara bildi.