17 dekabr 2011 15:03

Qəbələdən uğurlu siftə

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunda “Turan”a qalib gələn “Qəbələ” uğurlu ənənələrini davam etdirdi. Azerisport.az xəbər verir ki, ardıcıl 8-ci dəfədi Tovuz təmsilçisini məğlub edən komanda səfərdə 4-cü dəfə qələbəni sıraladı. Son 5 səfər matçında isə qəbələlilər qol da buraxmır.
 
Bu dəfəki qələbə həm də baş məşqçi Fatih Kavlak üçün əlamətdar oldu. Türkiyəli mütəxəssis komandanın “sükanı arxasında” ilk səfər qələbəsini qazandı. Bunadək yeganə səfər matçını “Bakı”ya qarşı keçirən Kavlakın yetirmələri 1:2 hesabı ilə məğlub olmuşdular. İkinci səfərdə isə ilk qələbə əldə olundu.
 
Şəmkirdə ilk oyununu keçirən “Qəbələ” “siftə”ni quru qələbə ilə əldə etdi. Qələbə qolu isə komandanın Premyer Liqadakı səfər oyunlarındakı 75-ci yubiley qolu oldu. Onlar səfərdəki ilk qolunu 2006/07 mövsümündə vurmuşdu. 2006-cı il avqustun 11-də “MKT-Araz”a 1:4 hesabı ilə uduzan “Qəbələ”nin yeganə qoluna Vüsal Qarayev imza atmışdı.
 
Premyer Liqadakı səfər qolları
 
2006/07 – 11 qol (12 oyun)
2007/08 – 15 (13)
2008/09 – 12 (13)
2009/10 – 16 (16)
2010/11 – 14 (16)
2011/12 - 7 (8)
Cəmi – 75 (78)
 
“Turan”la qarşılaşmada “Qəbələ”nin daha bir futbolçu mövsümdə ilk oyununu keçirib. Bu, komandada 3-cü mövsümünü keçirən Sergey Sokolovdur. Sonuncu dəfə ötən mövsümün təsnifat mərhələsində meydana çıxan müdafiəçi bu il fevralın 13-də “Qarabağ”la qarşılaşmanın iştirakçısı olmuşdu. 305 gündən sonra meydana çıxan Sokolov həmin vaxt 0:3 hesabı ilə uduzulan matçda 90 dəqiqə əvəzlənmədən meydanda olub sarı vərəqə almışdısa, bu dəfə uzatma dəqiqəsində meydana daxil oldu. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.