17 dekabr 2011 15:57
18-ci tura XL – Bakı oyunu ilə yekun vurulacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları 20-21 dekabr tarixlərində keçiriləcək.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Turun ilk oyun günündə "Simurq" "İnter"i, "Sumqayıt Şəhər" "Turan"ı, "Rəvan" isə AZAL-ı qəbul edəcək.
Son oyun günündə isə "Qəbələ" "Qarabağ"la, "Neftçi" "Kəpəz"lə, "Xəzər Lənkəran" "Bakı" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Premyer Liqa
18-ci tur
20 dekabr (çərşənbə axşamı)
Sumqayıt Şəhər - Turan
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 14:00.
Rəvan - AZAL
Bakı. Dalğa Arena. Saat 15:00
Simurq - İnter
Zaqatala. Şəhər stadionu. Saat 16:00
21 dekabr (çərşənbə)
Qəbələ - Qarabağ
Qəbələ. Şəhər stadionu. Saat 14:00
Neftçi - Kəpəz
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:00
Xəzər Lənkəran - Bakı
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 16:00.
