17 dekabr 2011 16:08
İlin son turunun proqramı açıqlandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının 18-ci turunun oyun cədvəli açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, ilin son turunun oyunları iki günə keçiriləcək. Qarşılaşmaların keçirilmə vaxtları və yerləri ilə aşağıda tanış ola bilərsiz:
Əvəzedicilərin çempionatı
18-ci tur
19 dekabr (bazar ertəsi)
Simurq - İnter
Zaqatala şəhər stadionu. Saat 13:00
Sumqayıt Şəhər - Turan
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 12:00
Rəvan - AZAL
"Şəfa" stadionu, IV meydança. Saat 14:00
20 dekabr (çərşənbə axşamı)
Qəbələ - Qarabağ
Qəbələ şəhər stadionu. Saat 14:00
Neftçi - Kəpəz
"Dalğa Arena" stadionu. Saat 12:00
Xəzər Lənkəran - Bakı
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 13:00
