17 dekabr 2011 19:18
Böyükağa Hacıyev: Bunu faciəyə çevirməyə ehtiyac yoxdu
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 17-ci turunun "İnter"lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Qələbə seriyamızı bu gün də davam etdirmək istəyirdik. Amma nə etmək olar? Təəssüf ki, Bahodir Nasimov penaltini vura bilmədi. Məğlubiyyəti faciəyə çevirməyə ehtiyac yoxdu. Bizim bu məğlubiyyətimizə sevinənlər də tapıldı. Çünki bizi heç də hamı sevmir”.
