17 dekabr 2011 19:28
Şəfada dava düşdü
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun qapanış matçı qalmaqalsız ötüşməyib. Azerisport.az xəbər verir ki, turun mərkəzi görüşündə - "İnter" - "Neftçi" oyunu zamanı dava düşüb.
Baş hakim Elçin Məmmədovun "İnter"in baş məşqçisi Kaxaber Tsxadadzeni texniki zonaya göndərməsi fanatların narazılığına səbəb olub. Hətta azarkeşlər meydançaya da daxil olmaq istəyiblər. Bu zaman onlarla polislər arasında qarşıdurma yaranıb. Fanatların qarşısını almaqda çətinlik çəkən polis dəyənəkləri "işə salmalı" olub. Bir neçə azarkeşin polis bölməsinə aparıldığı bildirilir.
