18 dekabr 2011 00:03

Qış çempionluğu ilin son turuna qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, turun son oyun günündə cəmi bir görüş keçirildi.
 
Hesabat turunun mərkəzi oyununda son çempion və hazırkı lider “Neftçi” əsas izləyicisi “İnter”i qəbul edirdi. “Neftçi” zirvədəki mövqeyini möhkəmləndirmək üçün qələbə qazanmağa borclu idi. Bu, ilk növbədə qızıl medalların hazırkı sahibinin qış çempionluğuna da yiyələnməsinə şərait yaratmış olacaqdı. Qələbə həm də ilk dövrədəki məğlubiyyətin revanşı baxımından mühüm əhəmiyyət kəsb edirdi. Həmin görüşdə “Neftçi” doğma meydanda minimal hesabla məğlub olmuşdu.
 
“Bankirlər” isə bu dəfə də əsas rəqibinə qalib gəlməklə aradakı xal fərqini minimuma endirmək şansına malik idi. Əks halda liderlə aradakı xal fərqi daha da arta, yaxud indiki kimi qala bilərdi. Yəni tərəflər heç-heçəyə razılaşacağı halda, “Neftçi” zirvədəki yerini qoruyacaqdı. Özü də “ağ-qaralar” məhz bu halda da qış çempionluğunu rəsmiləşdirmiş olacaqdı. Qış fasiləsinə qədərki son turda uduzsa belə, bu komanda “Xəzər Lənkəran”dan öndə olacaqdı. Lakin heç-heçə “İnter” üçün o qədər də uğurlu nəticə sayılmayacaqdı. Çünki bir gün öncə qələbə qazanan “Xəzər Lənkəran” ikinci pilləni keçirdiyindən, “ağ-yaşıllar”ı qabaqlamaq üçün mütləq 3 xal qazanmaq tələb olunurdu.
 
Görüşün ilk dəqiqələri həm meydan sahiblərinin, həm də qonaqların sürətli hücumları şəraitində keçdi. Lakin “bankirlər”in qol vurmaq cəhdləri daha təhlükəli və kəsərli alınırdı. Bu mənada xüsusilə serbiyalı qapıçısı Saşa Stamenkoviçin inamlı oyunu qonaq komandanın qapısının toxunulmaz qalmasında əsas rol oynayırdı. Bu üzdən də hissənin sonlarında “Neftçi”nin hesabı açması azacıq da olsa, gözlənilməz oldu.
 
Bu qoldan sonra gözləmək olardı ki, “ağ-qaralar” fasilədən sonra daha da irəli atılacaq “bankirlər”i əks-hücumlarda yaxalayıb növbəti qolları vuracaq və qisasını alacaq. Böyükağa Hacıyevin komandası hətta bunun üçün yaxşı imkan da qazandı. İkinci hissənin əvvəllərində müdafiəçilərin kobud səhvinin məntiqi nəticəsi kimi qapıçı Georgi Lomaya qapısını toxunulmaz saxlamaq üçün Bahodir Nasimova qarşı kobud oynamaq məcburiyyətində qaldı. Nəticədə meydan sahiblərinin qapısına penalti təyin olundu. Amma Premyer Liqamızın ən sərrast futbolçusu olan özbək hücumçu gürcü qapıçı ilə dueldən məğlub ayrıldı.
 
Məhz bu epizod prinsipial paytaxt derbisində dönüş nöqtəsi oldu.Belə ki, penaltini vurmamaq qonaqlar nə qədər ruh düşkünlüyü yaratdısa, meydan sahiblərində özlərinə inamı artırdı. Bunun məntiqi nəticəsi kimi tezliklə “bankirlər” məğlubiyyətdən xilas oldular. Özü də maraqlıdı ki, “Neftçi”ni bu dəfə də ilk dövrədəki oyunun yeganə qoluna imza atan Baçana Tsxadadze cəzalandırdı. Cəmi 6 dəqiqə sonra isə “Neftçi” artıq özü məğlub duruma düşdü. Bundan sonra tərəflərin cəhdləri heç bir bəhrə vermədi və “İnter” yenə çempiona qənim kəsilərək, ikinci pilləyə çıxdı və liderlə aradakı xal fərqini minimuma endirdi. “Ağ-qaralar” isə qış çempionluğunu son tura saxlamalı oldu. Təbii ki, buna “Xəzər Lənkəran”la “İnter” də iddialıdı.
 
Premyer Liqa
17-ci tur
17 dekabr
 
İnter - Neftçi - 2:1 (0:1)
Qollar: R.Abdullayev, 41 (0:1), B.Tsxadadze, 64 (1:1), İ.Kandelaki, 70 (2:1)
Matçın 54-cü dəqiqəsində “Neftçi”nin hücumçusu Bahodir Nasimov penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Valeri Abramidze, 41 (hakimin qərarına etiraz), Georgi Lomaya, 53 (qeyri-idman hərəkəti), Peter Zlatinov, 75 (qeyri-idman hərəkəti), Asif Məmmədov, 81 (qeyri-idman hərəkəti) - Flavinyo, 27 (qeyri-idman hərəkəti), Rəşad Abdullayev, 75 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əli Hüseynov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
17 dekabr  2011. Bakı. "Şəfa" stadionu. 3000 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov (30. Danildo Assioli, 87), 7. Ruslan Poladov (8. Nizami Hacıyev, 60), 11. Asif Məmmədov, 14. Peter Zlatinov (13. Bronislav Çervenka, 86), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 22. Peter Xrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze.
Ehtiyat oyunçular: 99. Səlahət Ağayev, 9. Enyo Krastovçev, 16. Elnur Abdulov, 23. Şəhriyar Rəhimov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski (19. Mirhüseyn Seyidov, 71), 9. Flavinyo, 11. Cavid Hüseynov (22. Fərid Quliyev, 79), 14. Bahodir Nasimov (10. Emil Mpenza, 67), 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 17. Araz Abdullayev, 18. Ruslan Əmircanov.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi: Bakı - Sumqayıt Şəhər - 1:0, Turan - Qəbələ - 0:1, Qarabağ - Rəvan - 2:0, Kəpəz - Xəzər Lənkəran - 1:4, AZAL – Simurq - 5:1.
 
 
1
Neftçi
17
11
1
5
35-16
34
2
İnter
17
9
6
2
15-9
33
3
Xəzər Lənkəran
17
9
5
3
24-17
32
4
Bakı
17
8
5
4
23-13
29
5
Qarabağ
17
8
4
5
20-14
28
6
Qəbələ
17
7
4
6
18-19
25
7
AZAL
17
6
5
6
25-25
23
8
Simurq
17
5
4
8
18-25
19
9
Rəvan
17
4
7
6
18-21
19
10
Kəpəz
17
4
4
9
21-32
16
11
Sumqayıt Şəhər
17
3
3
11
12-23
12
12
Turan
17
3
2
12
10-25
11
 
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
8 - Tales Şütz (AZAL), Robertas Poşkus (Simurq)
6 - Uinston Parks (Bakı), Flavinyo (Neftçi), Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.