17 dekabr 2011 11:48

Vitali Borisov: Ukrayna ilə oyunda daha yaxşı olacaq

Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Vitali Borisov dünya çempionatının Bakıda keçirilən Makedoniyaya qarşı seçmə mərhələ oyunundan sonra (7:1) azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yığmamız nəhayət ki, bu dəfə öz oyununu göstərə bildi. Xorvatiya ilə matçla bu oyun arasında nə fərq var idi ki?
- Makedoniyalılarla görüş bizim üçün daha uğurlu alındı, nəinki xorvatlarla. Bu dəfə erkən qol vura bildik, ümumiyyətlə ələ düşən şansları lazımınca dəyərləndirdik. Xorvatiya ilə oyunda isə bu, bizdə alınmırdı. Çoxlu qol epizodlarını boşa verdik.
 
- Niyə Xorvatiya ilə oyunda da belə alınmırdı?
- Mümkündü ki, həmin oyunda sadəcə az fəallıq nümayiş etdirdik. Çoxlu vəziyyətlərdən yararlana bilmədik. Bu da sonda öz sözünü dedi. Özü də biz Xorvatiyanın qapısına daha çox zərbə endirmişdik, nəinki makedoniyalıların. Amma təəssüf ki, o oyunda uğur qazana bilmədik.
 
- Start oyununda Maşado Nilsonun yeri görünürdü. Amma Makedoniya ilə oyunda demək olmazdı...
- Ola bilər ki, oyundan-oyuna uşaqlar arasında anlaşma da yaxşılaşır. Çox ümid edirəm ki, bazar günü Ukrayna ilə oyunda daha yaxşı olacaq. Təbii ki, Maşadonun yoxluğu bizim üçün zərbədi. İstənilən halda oynamaq lazımdı.
 
- Ukraynanın baş məşqçisi Qennadi Lisençuk  bildirib ki, AÇ-2010-da millimizə məğlubiyyətin revanşını almaq istəyirlər...
- Onlar həqiqətən bunu çox istəyirlər (gülür). Amma biz də Ukraynaya qarşı məğlubiyyətsiz seriyanı davam etdirmək istəyirik. Şübhəsiz ki, ukraynalıların möhtəşəm yığması var. Bunu tam ciddi deyirəm. Bizi onlarla çox çətin oyun gözləyir.

- Azərbaycan millisi Ukraynanı məğlub etsə də belə, Makedoniya ilə qarşılaşacaq xorvatların xal itirməsinə də ümid bəsləməli olacaq...
- Bəli, biz ukraynalıları yenməklə yanaşı digər oyunun da nəticəsini gözləməli olacağıq. Çünki xorvatlar yenə qələbə qazansa, biz onda ukraynalıları daha böyük hesabla yenməliyik. Görək sonda hər şey necə alınacaq.
 
- Yəqin ki, Ukrayna yığmasını daha yaxşı tanıyırsız...
- Düzdü, biz onları yaxşı tanıyırıq. Bəzi oyunlarını da görmüşük. Əla heyətləri var. Amma onlar da bizi tanıyırlar. Maraqlı oyun olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.