17 dekabr 2011 12:04
Neftçi İnteri də məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 17-ci turunun “İnter” – “Neftçi” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucuların yekun rəyini təqdim edirik.
Maraqlıdı ki, prinsipial xarakterli paytaxt derbisində heç-heçə olması ehtimalı çox aşağı qiymətləndirilir. Belə ki, respondentlərin yalnız 14 faizi (64 səs) bu varianta səs verib.
Qarşılaşma “Şəfa”da keçirilsə də, qonaq komandanın qələbə qazanmaq ehtimalı daha yüksək qiymətləndirilib. “Neftçi”nin qalib gələcəyini sorğuya qatılanların 53 faizi (242 səs) gözləyir.
Yerdə qalan 33 faiz (154 səs) isə “İnter”in qalib gələcəyini proqnozlaşdırır.
