17 dekabr 2011 12:23
AZAL yarımmüdafiəçisini mövsümün sonuna kimi itirdi
Dekabrın 4-də keçirilən AZAL - "Bakı" oyununda ciddi zədə alaraq oyunu yarımçıq tərk edən Mənsur Limani artıq əməliyyat olunub. Azerisport.az xəbər verir ki, 3 gün öncə Türkiyənin Ankara şəhərinin "İbn Sina" klinikasında ön çarpaz bağların yırtığından əməliyyat olunan yarımmüdafiəçi bu gün xəstaxananı tərk edib.
Həkimlər Mənsurun yalnız 3 aydan sonra fərdi çalışmalara başlaya biləcəyini bildiriblər. Beləliklə, kosovalı legioner üçün mövsümün bitdiyini söyləyə bilərik. Hazıra Kosovoda olan futbolçunun fevral ayında AZAL-ın düçərgəsinə gələcəyi gözlənilir. Sonda onu da deyək ki, Limanini məşhur cərrah Mehmet Binnət əməliyyat edib.
