18 dekabr 2011 11:27

“Qoy heç kim mənim penaltiləri necə qaytardığımı bilməsin”

“İnter”in qapıçısı Georgi Lomaya Premyer Liqanın 17-ci turunun “Neftçi” ilə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Bu, “İnter”in son ölkə çempionu üzərində mövsüm ərzində qazandığı ardıcıl ikinci qələbə idi. Buna necə nail oldunuz?
- Məhz buna görə qələbənin ikiqat xoş olduğunu deməliyəm. Çox çətin oyun alındı. Təkcə çətin yox, həm də yanlış rəylərə əsaslanmayan bir qarşılaşma oldu. İstənilən komanda qalib gələ bilərdi. Son ana kimi hər şeyin necə bitəcəyi məlum deyildi. Hər halda qələbəyə layiq olduğumuzu düşünürəm.
 
- Bunu nə ilə əsaslandırardız?
- Ona görə ki, biz əla oyun sərgilədik. Çoxlu qol epizodları yaratdıq. İkinci hissədə meydanda daha çox ərazi üstünlüyü bizim əlimizdə idi. Qələbəyə layiq olmaq üçün daha nə etmək lazımdı? Fikrimcə, bütün bunlar yetərliydi.
 
- Bəs siz nəyin sayəsində çempionu ardıcıl ikinci dəfə məğlub edə bildiz?
- “Neftçi”nin heyətində yaxşı ifaçılar var. Amma komanda planında biz bu gün daha güclü idik.
 
- Matçda dönüş nöqtəsi kimi hansı məqamı qeyd edərdiz?
- Yəqin ki, Bahodir Nasimovun penaltini yerinə yetirə bilməməsini desəm, Amerika kəşf etmiş olmaram. Əgər özbək hücumçu həmin anda qol vura bilsəydi, 0:2-dən sonra qələbə qazana bilməzdik.
 
- Siz Nasimovun həmin küncü nişan alacağını bilirdiz?
- Bunu sizə deyə bilmərəm. Qoy bu, mənim kiçik bir sirrim olaraq qalsı (gülür). Yəqin ki, bu, mənim qoruduğum qapıya təyin olunan sonuncu penalti deyil. Odu ki, qoy heç kim mənim penaltiləri necə qaytardığımı bilməsin.
 
- Bu qələbə “Neftçi”ylə xal fərqini minimuma endirməyə imkan verdi...
- Hələ indi xalları saymaq üçün çox tezdi. İndi sadəcə xal və xallar qazanmağa davam etmək lazımdı. Sonda nə çıxacağına baxarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.