18 dekabr 2011 00:08
Liderlərin oyununun baş hakimi dəyişdirildi
Futbol üzrə Azərbaycan birinci divizionunda baş hakim dəyişikliyi olub. Azerisport.az xəbər verir ki, bu gün - 18 dekabrda keçiriləcək "Qaradağ Lökbatan" - "Karvan" oyununun hakimi dəyişdirilib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Məlumatda bildirilir ki, bu görüşə öncədən təyin olunmuş baş hakimi Elnur Muradovun əvəzinə Anar Salmanov təyinat alıb.
Lakin bu dəyişikliyin hansı səbəbdən həyata keçirildiyi barədə əlavə məlumat verilmir. Güman ki, qarşılaşmanın liderlər arasında keçirilməsini nəzərə alan PFL məhz bu prinsipiallığa görə belə qərar çıxarıb.
Birinci divizion
15-ci tur
18 dekabr (bazar)
Qaradağ Lökbatan - Karvan
Hakimlər: Anar Salmanov, Elşən Durmuşov, Hüseyn İmanov, Ziya Nəsirov
Hakim-inspektor: Novil İsmayılov
Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00
