18 dekabr 2011 22:41

Azərbaycan DÇ-nin pley-off mərhələsində! (YENİLƏNİB)

Bu gün futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan 5-ci qrupunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan milli komandasının rəqibləri Ukrayna, Xorvatiya və Makedoniya yığmalarıydı.
 
Məlum olduğu kimi, yığmamız bu turnirin ilk oyununda Xorvatiya ilə qarşılaşdı. Lakin təəssüf ki, Joze Alesio da Silvanın yetirmələri uğursuz startla yadda qaldılar – 1:3. Lakin Makedoniya ilə ikinci oyunda qazanılan qələbə komandamızın şanslarını yenidən yaxşılaşdırdı. Azərbaycan millisi növbəti mərhələyə vəsiqə verən ilk iki pillədən birini tutmaq üçün Ukrayna ilə həlledici görüşdə mütləq qələbə qazanmalıydı. Özü də bu qələbənin böyükhesablı olmasına da ehtiyac vardı. Çünki günün digər oyununda Xorvatiya da Makedoniyanı yensə, eyni xala malik üç komanda arasında iki ən güclünü müəyyənləşdirmək üçün bu amilə diqqət yetiriləcəkdi.
 
Gözlənildiyi kimi, xorvatlat Makedoniyanı asanlıqla yendilər. Bu üzdən də yığmamızın Ukrayna üzərində 2 top fərqi ilə qələbə qazanması mütləq idi. Əks halda ölkəmiz DÇ-yə vəsiqə şansını tam itirmiş olacaqdı. Amma xoşbəxtlikdən komandamız bu çətin vəzifənin öhdəsindən gəlməyi bacardı.
 
Bakı İdman Sarayında keçirilən matçların hakimlərinin Stefan Kammerer (Almaniya), Karel Heniç (Çexiya), Gerd Bilois (Belçika) və Balazs Farkas (Macarıstan) olduğunu da vurğulayaq. Dairəvi sistemlə mübarizə aparan komandalar pley-off mərhələsinə 2 vəsiqənin sahibini müəyyənləşdiriblər.
 
Futzal
DÇ-2012-nin seçmə mərhələsi
5-ci qrup
18 dekabr
 
Ukrayna - Azərbaycan - 2:4 (1:1)
Qollar: Roqaçov, 11 (1:0), Felipe, 13 (1:1), R.Fərəczadə, 25 (1:2), Romanov, 27 (2:2), Serjao, 33 (2:3), V.Borisov, 34 (2:4)
 
Makedoniya – Xorvatiya - 1:4 (1:2)
Qollar: Miçevski, 19 - Şuton, 4, Marinoviç, 13; 38, Qrçiç, 30.
 
1
Ukrayna
3
2
0
1
8
6
2
6
2
Azərbaycan
3
2
0
1
12
6
6
6
3
Xorvatiya
3
2
0
1
8
6
2
6
4
Makedoniya
3
0
0
3
3
13
-10
0

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.