19 dekabr 2011 13:07
Berti Foqts millimizi yenə Dubaya aparır
Futbol üzrə Azərbaycan yığması Dubayda təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız Birləşmiş Ərəb Əmirliklərinə gələn il – 2012-ci ilin fevral ayının 22-də yola düşəcək.
Yığmamız mart ayının 1-nə kimi Dubayda hazırlıq keçəcək. Fevralın 29-da Foqts yetirmələrini bir sınaq matçında da yoxlayacaq. Lakin hələlik bu rəqibin kimliyi bilinmir.
