19 dekabr 2011 13:54
Kamran Ağayev: Həmişə ən yaxşı olmaq istəyirəm
“Xəzər Lənkəran”ın “çərçivə” qoruyucusu Kamran Ağayev futbol üzrə Azərbaycan yığmasının ən yaxşı qapıçısı seçilməsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu günkü mükafatlandırma mərasimindən sonra bunları dilə gətirib:
“Ən yaxşı olmaq xoşdu. Artıq belə mükafatları nə qədər aldığımı xatırlamıram. Amma istəyirəm ki, yığmada həmişə bir nömrə olum”.
