19 dekabr 2011 14:55
Berti Foqts Əsədov, Süleymanov və Məmmədov arasında seçim edəcək
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts özünə köməkçi-məşqçi tapmaq üçün üç yerli mütəxəssis arasında seçim etməlidi. Azerisport.az xəbər verir ki, o, əsas köməkçilərindən olan Vəli Qasımovun bundan sonra bütün diqqətini U-19-a yönəltmək istəməsi səbəbindən, ona əvəzləyici axtarır.
Almaniyalı mütəxəssisin əsas yerli köməkçisi olmağa namizədlər isə bunlardı: “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov, AZAL-ın keçmiş çalışdırıcısı Nazim Süleymanov və “Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov.
