19 dekabr 2011 15:26
İnter baş məşqçisiz qaldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqanın 17-ci turunun “Turan” – “Qəbələ” matçının 83-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Nodar Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Kəpəz” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Milan Antiç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanın, klubu 200 manat cərimə olunub.
“Qarabağ” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Simurq” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“İnter” – “Neftçi” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze texniki zona qayadalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
